Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-06-2024 , 00:09

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Eyvaz Orucov: “Yenilənmiş BAMS proqramının bizə verdiyi imkandan  yararlanmağa çalışırıq ki, ....”

“Qax bələdiyyəsi vətəndaş müraciətlərini daim diqqətdə saxlayır və fəaliyyətində məhz sakinlər tərəfindən qaldırılan məsələlərin həliylə bağlı addımlar atır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Eyvaz Orucov bildirib.

Sədr bildirib ki, ötən il ərzində Qax bələdiyyəsinə vətəndaşlar tərəfindən 310 ərizə daxil olub ki, onunda 61 maddi yardımla, 135 torpaq sahəsinin ayrılmasıyla, 36 ağackəsimi ilə, 78- i isə digər məsələlərlə bağlı olub. Demək olar ki, ay ərzində bələdiyyə rəsmiləri  tərəfindən 55-60 nəfər qəbul olunur.

 

Bu gün Qax rayon İcra Hakimiyyəti tərəfindən şəhərdə həyata keçirilən əsaslı  layihələrə əlavə olaraq  Qax bələdiyyəsi də öz töhfəsini verməyə çalışır. Şəhərdə bələdiyyə tərəfindən həyata keçirilən layihələrə  ötən il ərzində  21.172 manat ayrılıb.

Qax bələdiyyəsi olaraq iclasın qərarıyla əldə etdiyimiz maliyyə vəsaitinin  2.800 manatını qəbirstanlıqda təmir işlərinin aparılmasına,  2.152 manatını  Qaxingiloy kənd qəbirstanlığının kənarına 70 metr uzunluğunda metal məhəcərin  çəkilməsinə, 1.263 manatını bələdiyyənin mülkiyyətində olan “Nəsimi” bağında və  İçəribazar turizm  kompleksində aparılmış təmir işlərinə, 3.914 manatını “Heydər  Əliyev  parkı”nda yaşıllıqların və ağacların  suvarılmasına, təmir və abadlıq işlərinin görülməsinə, 1200  manatını R. Behbudov və S.Məmmədov küçələrində yaşayan sakinlərinin əsas kanalizasiya xidməti xəttinə qoşulmasına, 2.195 manatını “Şəhər  parkın”da  söhbətgahların  və şəhərin digər cari təmir  işlərini yerinə yetirilməsi üçün materialın alınmasına, 462 manatını “Nizami” parkında təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması üçün mal-materialın alınmasına,  2.881 manatını “Heydər Əliyev” parkında üç daş dairəvi oturacağının təmir  işlərinə, 3.445  manatını isə şəhər parklarına lazımı avadanlıqların alınmasına və cari təmir işlərinə ayrılıb.

Bununla yanaşı Qax bələdiyyəsi ərazidə şəhid və qazi ailələrini də  unutmur. Əldə olunan maliyyə vəsaitinin 2.865 manatını  I və II Qarabağ şəhid və qazi ailələrinə, 4.325 manatını isə aztəminatlı ailələrə maddi yardım şəklində ayrılmışdır.

Sədr sonda qeyd edib ki, Qax bələdiyyəsi olaraq görülən işlərin maliyyə tərəfi və həcmi bizi hələ ki qane etmir. Odur ki, ilk növbədə bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin cəlb edilməsinə daim çalışır və yenilənmiş BAMS proqramının bizə verdiyi imkandan  yararlanmağa çalışırıq.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər